Qəzənfər Abdullayev yenidən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına sədr seçilib - FOTOLAR

Qəzənfər Abdullayev yenidən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına sədr seçilib<font color=red> - FOTOLAR</font> Qəzənfər Abdullayev yenidən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına sədr seçilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XIX Konfransı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.

Reqlamentə uyğun olaraq Konfransın Mandat komissiyalarının tərkibi, Katibliyin üzvləri seçilib və gündəlik təsdiqlənib. Gündəliyə 7 məsələ daxil edilib.

Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək, ötən dövrdə Şuranın həyata keçirdiyi tədbirlərdən danışıb. Sonra çıxış edənlar ötən dövrün hesabatlararası yekunları haqqında məlumat veriblər.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb, iştirakçılar Qəzənfər İsmayıloğlu Abdullayevin yenidən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri seçilməsi üçün yekdilliklə səs veriblər.

Beləliklə Qəzənfər Abdullayev səsvermə yolu ilə növbəti yeddi il müddətində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına sədr seçilib.

Şura sədri çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası bundan sonrakı fəaliyyətində də öz işini Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının Qanunu, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Nizamnaməsinin prinsipləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tapşırıq və tövsiyələri əsasında quracaq, fəaliyyətində yeni uğurlar əldə etmək üçün səylə çalışacaqdır.

Yekunda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Şura sədrini yenidən sədr vəzifəsinə seçilməyi münasibətilə təbrik edib, Şuranın üzvlərinə işlərinin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib və fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM