satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib - QƏRAR

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib<font color='red'> - QƏRAR</font>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Ceyhun Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, həmin Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və  25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM