satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvan şəhərində bu il aprelin 29-30-da Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-yə yaxın QHT təmsilçisi iştirak edəcək.

2 gün ərzində davam edəcək təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, praktiki qrup işləri təşkil olunacaq.

Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparacaq. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunacaq.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM