Naxçıvanda yeni üslub və dizaynda daha bir kafe-restoran fəaliyyətə başlayıb - VİDEO

Naxçıvanda yeni üslub və dizaynda daha bir kafe-restoran fəaliyyətə başlayıb. NUHÇIXAN xəbər verir ki, “Local” kafe-restoranın açılışında iştirak edən Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvanda türk iş adamlarına əlverişli biznes mühitinin yaradılmasından danışıb, təbriklərini çatdırıb.

500 kvadratmetrlik geniş ərazini əhatə edən yeni məkanda eyni zamanda 200 nəfərə xidmət göstərmək imkanı var. Menyusunda fərqli mətbəx nümunələri olan, dizayn və interyerinə görə fərqlənən restoran hər mənada zövqünüzü oxşayacaq.

Müştəri məmnunluğunu əsas meyar seçən “Local”da banket, ad günləri, nişan, həmçinin digər xoş günlərinizi də qeyd edə bilərsiniz.

Kafe-restoranda insanların mədəni istirahəti üçün hər cür şərait yaradılıb. Həmçşinin uşaqlar üçün əyləncə məkanı da var.

“Local” kafe-restoranında canlı musiqinin də qonağı ola bilərsiniz. Müştərilərin sevimli məkanına çevrilməyi qarşısına məqsəd qoyan “Local”ın imkanlarından yararlanmağa siz də tələsin.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM