Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib - FOTOLAR

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili şöbəsi “Obyektdə baş vermiş yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, təlimin keçirilməsində məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə FHN arasında qarşılıqlı, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılmasıdır.

Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Hаvа limanının idаrəеtmə оrqаnlаrı və mülki müdafiə qərargahı hаzır vəziyyətə gətirildikdən sonra yanğın təhlükəsizliyi və qəzа-xilаsеtmə kоmаndаsının fəаliyyətinin təşkili yоxlаnılıb. Sonra hava limanının yanğın təhlükəsizliyi komandasına yanacaq-sürtkü materialları anbarında şərti yanğının olması barədə məlumat verilib. Şəxsi heyət həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Naxçıvan Beynəlxalq Hava Limanı və FHN-nin yanğınsöndürmə texnikası və şəxsi heyəti tərəfindən şərti yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib. Yanğın ocağında xəsarət alanlara hava limanının səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Uğurla keçən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və FHN-dən ümumilikdə 114 nəfər şəxsi heyət, idarəetmə və rabitə vasitələri, 6 yanğınsöndürmə avtomobili, 1 xüsusi təyinatlı texnika, 1 tibbi yardım avtomobili cəlb edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM