Medianın İnkişafı Agentliyində Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru ilə görüş keçirilib

Medianın İnkişafı Agentliyində Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru ilə görüş keçirilib

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.

Görüş zamanı Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektləri və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.

Elmar Mirsalayev isə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.

Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM