Naxçıvan Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzi yaradılıb - FOTOLAR

Naxçıvan Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzi yaradılıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzi yaradılıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin iştirakı ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib. Mərkəzin sədri və üzvləri seçilib.

Sonra Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda Şuranın ümumi işlər bölməsinin müdiri Nüsrət  Əsədov çıxış edərək qərar layihəsini oxuyub. Bildirilib ki, Mərkəz azı  5 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və daimi əsaslarla fəaliyyət göstərəcək.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzə direktor təyin olunan Günel Nur çıxış edərək Mərkəz haqqında məlumat verib. Bildirib ki, Mərkəz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının strukturlarında eləcə də təşkilatlarda ona üzv olan qadınların  potensialını və rolunu gücləndirməyə, qarşılarında duran maneələri azaltmağa və bütün sahələrdə gender bərabərliyinə nail olmaq üçün uğurlu layihələr həyata keçirəcəkdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM