Bakıda Şri-Lanka vətəndaşlarından hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb

Bakıda Şri-Lanka vətəndaşlarından hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb

Paytaxtda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə ölkəmizə gəlmiş 5 Şri-Lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, M.Prashant guya zərərçəkənlərə Bakıdakı özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmaq üçün kömək göstərəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb.

Şri-Lanka vətəndaşları Bakıya gələndən sonra saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

Xarici ölkə vətəndaşlarına qarşı həmin qanunazidd əməlləri törətməkdə şübhəli bilinən M.Prashant barədə araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM