Anar Bağırov: Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb

Anar Bağırov: Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb

Son bir il ərzində Naxçıvanda vəkillərin sayı xeyli artıb.

NUHÇIXAN xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvanda vəkillik sahəsinin inkişafı digər bölgələrlə müqayisədə daha ləng, zəif getməsi Vəkillər Kollegiyasını narahat edirdi:

"Artıq son bir il ərzində gördüyümüz işlər sayəsində Naxçıvanda bu sahədə kəskin irəliləyişin şahidi olmuşuq. Belə ki, Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar nəticəsində vəkillərin sayı sabahdan etibarən 100 faizdən çox artacaq. Artıq Naxçıvanda vəkillərin sayı xeyli artıb və bundan sonra da artacaq. Vəkillər Kollegiyası Naxçıvanla bağlı qarşıya qoyulan bütün vəzifələri icra edirik. Təbii ki, gələcək üçün də planlarımız var. Təbii ki, muxtar respublikanın digər bölgələrində də vəkil bürolarının yaradılmasını çox istərdik".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM