satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqasının finalçıları məlum olub

UEFA Avropa Liqasının finalçıları məlum olub

UEFA Avropa Liqasının yarımfinalının ikinci matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Roma" komandaları qarşılaşıblar.

Naxçıvan televiziyası xəbər verir ki, komandalar Almaniyanın Leverkuzen şəhərindəki "Bay Arena" stadionunda oynayıblar. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yarımfinalın ilk oyununda "Bayer 04" 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün yekununa görə Leverkuzen təmsilçisi Avropa Liqasının finalına çıxıb.

"Atalanta" isə İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci qarşılaşmada 1:1 hesabı qeydə alındığı üçün Berqamo təmsilçisi adını finala yazdırıb.

Beləliklə, "Atalanta" və "Bayer 04" Avropa Liqasının 2023/2024 mövsümünün finalında oynayacaq. Həlledici görüş mayın 22-də İrlandiyanın Dublin şəhərində keçiriləcək. Matç "Aviva" stadionunda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM