satellite   Azerspace-1: 11135 H 30000

Rahid Ələkbərli: "Sədərəkdən Ordubada fiber-optik magistralın inşasının I mərhələsi yekunlaşıb"

Rahid Ələkbərli: "Sədərəkdən Ordubada fiber-optik magistralın inşasının I mərhələsi yekunlaşıb"

Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər fiber-optik magistralın inşası işlərinin I mərhələsi yekunlaşıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.

"Artıq inşaat işlərinin satın alınması başa çatıb. Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə muxtar respublika üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb", - deyə o qeyd edib.

Naxçıvanda Data Mərkəzin tikintisi layihəsindən danışan R. Ələkbərli layihələdəndirmə işlərinin artıq yekunlaşdığını və sənədlərin ekspertizaya təqdim olunduğunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM