satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda motosiklet maşına çırpılıb, xəsarət alan var

Naxçıvanda motosiklet maşına çırpılıb, xəsarət alan var

Naxçıvanda motosiklet maşına çırpılıb.

Naxçıvan televiziyası xəbər verir ki, hadisə Ordubad-Naxçıvan magistralında, Babək rayonu yol ayrıcında qeydə alınıb.

Culfa rayonu Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlunun idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosiklet Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı "VAZ-21074" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan MR Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM