satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun itkin düşən hərbçisi Ordubadda dəfn ediləcək

Azərbaycan Ordusunun itkin düşən hərbçisi Ordubadda dəfn ediləcək

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri Ordubadda dəfn ediləcək.

Naxçıvan televiziyası xəbər verir ki, onu nəşi hazırda Ordubad rayonunun Gənzə kəndinə aparılır.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM