Güclü yağış nəticəsində yaranan sel suları Culfa rayonunun Gal-Şurud kənd avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil qatı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, əraziyə agentliyin əməkdaşları cəlb olunub. Qreyder vasitəsilə yolda hamarlanma işləri aparılıb və hərəkətin fasiləsizliyi, təhlükəsizliyi təmin olunub.
