satellite   Azerspace-1: 11135 H 30000

Uzunoba Dövlət Meşəsində ziyanvericilərə və xəstəliklərə qarşı ağacların dərmanlaması işləri görülüb - FOTOLAR

Uzunoba Dövlət Meşəsində ziyanvericilərə və xəstəliklərə qarşı ağacların dərmanlaması işləri görülüb<font color=red> - FOTOLAR</font> Uzunoba Dövlət Meşəsində ziyanvericilərə və xəstəliklərə qarşı ağacların dərmanlaması işləri görülüb<font color=red> - FOTOLAR</font> Uzunoba Dövlət Meşəsində ziyanvericilərə və xəstəliklərə qarşı ağacların dərmanlaması işləri görülüb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Uzunoba Dövlət Meşəsində ziyanvericilərə və xəstəliklərə qarşı çiləyici aparatlardan istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

İdarənin əməkdaşları tərəfindən ağacların zəifləməsinə, inkişafının dayanmasına və sonda məhv olmasına səbəb olan ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, meşə təsərrüfatına ziyan vuran ziyanvericilərin məhv olması və xəstəliklərin qarşısının alınması məqsədilə görülən işlər digər meşələrdə də davam etdiriləcəkdir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM