satellite   Azerspace-1: 11135 H 30000

Culfada kombayn və taxıl sahəsi yanıb

Culfada kombayn və taxıl sahəsi yanıb

Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğın baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kombaynın saman toplayan hissəsində yığılan saman və 50 kvadrat metr biçilmiş taxıl sahəsi yanıb, kombaynın digər hissələri və biçilməmiş taxıl sahəsi yanğından mühafizə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM