satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda istifadə müddəti bitmiş kolbasa məmulatlarının satışını təşkil edən şəxs saxlanılıb - VİDEO

Babək RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edən Naxçıvan şəhər sakini Əliəsgər Cabbarlı  saxlanılıb. 

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.

Ekspertizanın rəyi ilə satılan kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM