satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb

Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə məlumat yayıb.

Agentlikdən Naxçıvan televiziyası-a bildirilib ki, iyunun 16-17-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublikada 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.

Qurban bayramı günlərində muxtar respublika üzrə 8 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 5-də həm kəsim, həm satış, 2-də qurbanlıq heyvanların satışı, 1-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
1 DƏQİQƏ XƏBƏR - VİDEO

18:15 08.07.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM