satellite   Azerspace-1: 11135 H 30000

FHN əhalini çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, müraciətdə çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq məsləhət görülmür.

Müraciətdə həmçinin çimərlikdə uşaqların nəzarətsiz qalmaması, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməsi tövsiyə olunur, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM