satellite   Azerspace-1: 11135 H 30000

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib - FOTOLAR

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font> Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font> Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Naxçıvan televiziyası-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular onun məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan Azərbaycan qəhrəmanlarının vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM