Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib - FOTOLAR

Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755 620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18 500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5 852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9 912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM