satellite   Azerspace-1: 11135 H 30000

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapılıb

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapılıb

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyti su hövzəsinin Samux rayon ərazisinə aid hissəsində tapılıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları isə davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM