Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM