satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Naxçıvan televiziyası Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Biləsuvar Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM