satellite   Azerspace-1: 11135 H 30000

Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb

Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb

Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında komitə sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, minatəmizləyənlərə təklif edilən güzəşt və imtiyazların tətbiqi üçün müvafiq qanunlara dəyişiklik edilə bilər:

“Bu haqda da aidiyyəti qurumlarla danışıq aparılıb”.

Xatırladaq ki, adıçəkilən komitədə qanun layihəsinin birinci oxunuşu zamanı deputat Səbinə Salmanova minatəmizləyənlərə vəzifələrini icra edərkən həlak olduqları halda şəhid statusunun verilməsini təklif etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM