COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq

COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq

Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Ülvi Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq.

“Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur. Həmçinin bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat, maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb”, - deyə xidmət nümayəndəsi əlavə edib.

Ülvi Əliyev vurğulayıb ki, tətbiq edilən qaydalarla bağlı əcnəbilərin məlumatlandırılmasının təmini üçün görülmüş birgə tədbirlər nəticəsində COP29-un rəsmi internet səhifələrində və digər müvafiq mənbələrdə miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib, o cümlədən Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinin, eləcə də digər hədəf qruplarının müvafiq qaydada məlumatlandırılması təmin edilib: “Konfrans müddətində ölkəyə gələn əcnəbilərin miqrasiya orqanları ilə mümkün təmas nöqtələrində - Heydər Əliyev Beynəlxalq Aeroportunda, xidmətin Çağrı Mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı zəruri tədbirlər görülüb. COP29 tədbiri zamanı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə iqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi mövzusuna həsr olunmuş (18 noyabr) yüksək səviyyəli panel müzakirənin keçirilməsidə planlaşdırılıb”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM