satellite   Azerspace-1: 11135 H 30000

Cəbrayıl sakini: Günlərimiz daha da gözəl olacaq

Cəbrayıl sakini: Günlərimiz daha da gözəl olacaq

Biz Cəbrayılımıza köçürük. 30 ildir həsrət qaldığımız rayonumuza. Şükür Allaha, torpaqlarımız geri alındı. Səbəbkarlar var olsun. Şəhidlərimizin ruhu şad olsun.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səkinə Musayeva bildirib.

"O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Şükür Allaha, o kömək dursun bizim prezidentimizə, ona ömür versin, bizə daha yaxşı günlər nəsib olsun", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 40 ailə - 200 nəfər doğma yurduna köçürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM