NUHÇIXAN xəbər verir ki, noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, 42 saylı Aşağı Əndəmic seçki dairəsinin deputatı Arzu Abdullayev Ordubad rayon Yuxarı Əylis kəndində Yuxarı Əylis və Aşağı Əylis kəndlərindən olan seçicilərlə görüşüb.
Görüş zamanı vətəndaşlarla fərdi qaydada söhbət aparılıb, onların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb.