satellite   Azerspace-1: 11135 H 30000

Şərurda minaatan mərmisi aşkar edilib - FOTOLAR

Şərurda minaatan mərmisi aşkar edilib<font color=red> - FOTOLAR</font> Şərurda minaatan mərmisi aşkar edilib<font color=red> - FOTOLAR</font>

Fövqəladə Hallar Nazirliyi (FHN) “112” qaynar telefon xəttinə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Danyeri və Tənənəm kəndləri istiqamətində açıq ərazidə hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Naxçıvan televiziyası-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 62 mm-lik minaatan minası olduğu müəyyən edilib.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM