Nazir müavini: Azərbaycan iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir

Nazir müavini: Azərbaycan iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir

Azərbaycan iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” konfransından sonra jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri su ehtiyatlarının azalmasına və kənd təsərrüfatı sahəsində problemlərin yaranmasına səbəb olur:

“Həm Azərbaycanda, həm də ölkəyə transfer olunan çayların keçdiyi ərazilərdə yağıntıların miqdarının azalması su qıtlığına yol açan əsas amillərdir. İstiləşmə, su ehtiyatlarının azalması, eləcə də torpaqların deqradasiyası meşələrin seyrəlməsi və məhv olması ilə nəticələnir.

Kənd təsərrüfatı iqlim dəyişmələrini şərtləndirən, qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazları formalaşdıran əsas sahələrdən biridir. Atmosferə bu sahənin istifadəçiləri tərəfindən daha çox metan atılır. Müxtəlif kimyəvi maddələrdən, pestisid və gübrələrdən istifadə olunması da torpaqların keyfiyyətini aşağı salır”.

Nazir müavini bildirib ki, COP29-da sözügedən neqativ təsirlərin aradan qaldırılmasına hədəflənən aktual çağırışlar olub:

“Azərbaycan COP29-da on dörd təşəbbüslə çıxış edib. Onlardan biri olan harmoniya təşəbbüsü gələcəkdə Azərbaycanın kənd təsərrüfatı sahələrinin iqlim dəyişmələrinə adaptasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur”.

Xəbər lenti
Vəfa simvolu - FOTOLAR

11:54 13.12.2024

Paşinyan Moskvaya gedib

10:06 13.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM