NUHÇIXAN xəbər verir ki, "Ekoloji Təhsil" layihəsi çərçivəsində növbəti tədbir Şərur rayonunun Yenigcə, Şəhriyar, Muğanlı, Qorçulu, Alışar və Xələc kənd məktəbliləri üçün təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı çıxış edərək ekoloji təhsilin, ekoloji maarifləndirmənin, eyni zamanda təbiətə qayğı ilə yanaşmanın hər yaşda vacib olduğunu vurğulayıb.
Qeyd edib ki, bu "Layihə" məktəblilərə ekoloji mədəniyyətin və ekoloji düşüncənin formalaşmasında mühüm rol oynayacaq.
Məlumatlandırıcı və əyləncəli oyunlar təşkil olunan tədbirdə məktəblilərə ağac tingləri paylanılıb və tinglər məktəbin həyətinə əkilib.
Qeyd edək ki, layihə müddətində Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müxtəlif yaş qrupları üzrə yeni metodlarla seminarlar, təlimlər, müsabiqələr təşkil olunacaq.