satellite   Azerspace-1: 11135 H 30000

Novxanıda fərdi yaşayış evində partlayış olub

Novxanıda fərdi yaşayış evində partlayış olub

 

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Naxçıvan televiziyası xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan biri xilasedicilər tərəfindən evdən çıxarılıb. Digər şəxsin isə axtarışı davam edir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Naxçıvan televiziyası FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM