satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilin ilk körpələri əkiz olub

Naxçıvanda ilin ilk körpələri əkiz olub

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM