satellite   Azerspace-1: 11135 H 30000

2024-cü il ərzində Zəngəzur dağ silsiləsində 6 bəbir balası dünyaya gəlib

2024-cü il ərzində Zəngəzur dağ silsiləsində 6 bəbir balası dünyaya gəlib

2024-cü il ərzində Zəngəzur dağ silsiləsində ən azı 6 bəbir balası dünyaya gəlib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin (WWF) rəsmi "Facebook" hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"Yola saldığımız 2024-cü il ərzində Zəngəzur dağ silsiləsində ən azı 6 bəbir balası dünyaya gəlmişdir. Milli parkın hüdudlarında isə bir ana bəbir 3, digəri isə 2 bala ilə kameralarımıza düşmüşdür. Kameralar vasitəsilə Naxçıvanda tədqiqat apardığımız son 12 ildə ən məhsuldar il olmuşdur bu il. 

Aşağıdakı videoda Banu adlandırdığımız bəbir 3 balası ilə kameranın önündən keçir. Onlardan ikisi aydın görünür, üçüncü balanı da videoda tapacağınıza əminik.

Qarşıdan gələn ilin daha da uğurlu olacağına ümid edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM