satellite   Azerspace-1: 11135 H 30000

Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər: "Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

Məzahir Pənahov əlavə edib ki, bələdiyyə seçkiləri üçün 25 min 685 yerli müşahidəçi akkreditasiyadan keçib.

MSK sədri həmçinin xatırladıb ki, bu gün təşviqat prosesi başlayıb: "İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM