Xəbər verdiyimiz kimi, Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini başa çatdırıb.
NUHÇIXAN xəbər verir ki, braziliyalı mütəxəssislər tərəfindən deşifrə edilən AZAL təyyarəsinin “qara qutu”larının fotoları yayılıb.
Qeyd edək ki, “Embraer-190” təyyarəsindən deşifrə edilmiş məlumatlar qəzanı araşdıran Qazaxıstanın hakimiyyət orqanlarına göndərilib. “Qara qutu”ların dekodlaşması ilə məşğul olan komissiyanın üzvləri oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.