satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolması ilə bağlı tədbir görülüb - VİDEO

Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolması ilə bağlı tədbir görülüb.

Naxçıvan televiziyası xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 48-ci məhəllə adlanan ərazidə su borusunda baş vermiş nasazlıq səbəbindən yaşayış kompleksinin nasosxanasına su dolması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb edilib.

Mülki müdafiə alayının qüvvələri tərəfindən nasosxanaya dolmuş 80 ton suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM