Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi qaydası təsdiqlənib

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydalarını təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, parklanma yerləri müəyyən edilərkən cəlbetmə məntəqələri (ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.), eləcə də nəqliyyat infrastrukturu obyektləri (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri), insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsi mövcud olmalıdır.

Bundan başqa, parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.

Xəbər lenti
İranda ərzaq bahalaşıb

17:15 30.01.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM