satellite   Azerspace-1: 11135 H 30000

Babək və Şərur rayonlarında yanğınlar olub - FOTOLAR

Babək və Şərur rayonlarında yanğınlar olub<font color=red> - FOTOLAR</font> Babək və Şərur rayonlarında yanğınlar olub<font color=red> - FOTOLAR</font> Babək və Şərur rayonlarında yanğınlar olub<font color=red> - FOTOLAR</font> Babək və Şərur rayonlarında yanğınlar olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası (FHN) Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Cəhri qəsəbəsində və Şərur rayonu Çərçiboğan kəndində ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirlikdən Naxçıvan televiziyası-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Babək və Şərur Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində Babək rayonu Cəhri qəsəbəsində təxminən 3,4 tonluq ot bağlaması yanıb, 8,5 ton ot isə yanğından mühafizə olunub. Şərur rayonu Çərçiboğan kəndində isə 1,12 tonluq ot bağlaması yanıb, tayanın üzərinə qurulan 21 m2 çardaq yanğından mühafizə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM