Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.
Bildirilib ki, MSK-ya 8 seçki dairə seçki komissiyasından şikayət daxil olub:
56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət),
67 saylı Sabirabad DSK,
68 saylı Sabirabad-Şirvan DSK,
72 saylı Cəlilabad kənd DSK,
81 saylı İmişli DSK,
82 saylı İmişli-Saatlı DSK,
85 saylı Füzuli-Ağcabadi DSK,
86 saylı Ağcabədi DSK.
Müraciətlər baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib.