satellite   Azerspace-1: 11135 H 30000

Lerikdə silah-sursat saxlayan şəxs həbs edilib - FOTOLAR

Lerikdə silah-sursat saxlayan şəxs həbs edilib<font color=red> - FOTOLAR</font> Lerikdə silah-sursat saxlayan şəxs həbs edilib<font color=red> - FOTOLAR</font>

Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan nNU verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silah, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM