satellite   Azerspace-1: 11135 H 30000

Xocalının Ballıca kəndində ilk körpə dünyaya gəlib

Xocalının Ballıca kəndində ilk körpə dünyaya gəlib

Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Xocalı sakini 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Valideynləri körpəyə babası Mehdinin adını qoyublar.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və hazırda ANAMA-da işləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM