satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 45 % artıb

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 45 % artıb

Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 142 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Naxçıvan televiziyası-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 45 % çoxdur.

Kibertəhdidlərin 43-ü daxili araşdırma, 99-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 46,565 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 337 min, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 19 383 zərərverici tərkibli elektron sənəd blok edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM