satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana 8 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

İrandan Azərbaycana 8 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana 8 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM