satellite   Azerspace-1: 11135 H 30000

Kəngərlidə hərbi sursatlar tapılıb

Kəngərlidə hərbi sursatlar tapılıb

Polis əməkdaşları tərəfindən Kəngərli rayon Yeni Kərki kəndindən kənar, açıq ərazidə hərbi sursatlar aşkar edilib

Naxçıvan televiziyası xəbər verir ki, məlumatla əlaqədar dərhal Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan minası və 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM