satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb - FOTOLAR

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, martın 7-də “Naxçıvan Saray”da müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhid ailələri üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə müstəqillik və torpaqların ərazi bütövlüyü uğrunda canlarından keçmiş dost və qardaş ölkələrimizin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Qeyd edək ki, iftar süfrəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM