Naxçıvanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Qadın hüquqlarının təsbiti və təminatı” mövzusunda tədbir keçirilib

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək 

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edib, onlara sağlam və firavan həyat arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rza Xudiyev, Naxçıvan Dövlət Universitetinin tələbəsi, Heydər Əliyev təqaüdçüsü Fidan Hüseynova tədbirdə çıxış edərək Azərbaycan qadınlarının özlərinin ictimai-siyasi fəallığı, vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində həm Şərq, həm də Qərb dünyası üçün unikal inkişaf yolu seçdiklərini bildirmiş və bayram münasibətilə xanımları təbrik ediblər.

Tədbirin davamında muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 20 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomların verilməsi mərasimi keçirilib.

Daha sonra isə tədbir bədii hissə ilə davam edib. 

Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Rspublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan yaradıcı kollektivlərin, Naxçıvan Qızlar Liseyinin şagirdlərinin və Naxçıvan şəhər 7 nömrəli Körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri göstərilib, tədbir iştirakçısı olan qadınlara gül təqdim edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM