satellite   Azerspace-1: 11135 H 30000

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.

Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM