satellite   Azerspace-1: 11135 H 30000

Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font> Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib<font color=red> - FOTOLAR</font>

 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Babək Rayon İcra Hakimiyyətində “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur”, “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Babək Rayon İcr Hakimiyyəti başçısının müavini Nihal Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib, ekoloji maarifləndirmənin cəmiyyət üçün vacibliyini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov çıxış edərək ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsi məqsədlərindən danışıb, təbiətə mənfi təsir halları ilə mübarizədə vətəndaş həmrəyliyinin vacibliyini qeyd edib.

Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun nümayəndəsi “Ekoloji cinayətlər”, Ali Məhkəmənin nümayəndəsi isə “Ətraf mühitə təsir zamanı yaranmış məsuliyyətlər”, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndəsi “Ətraf mühitin mühafizəsi ilə əlaqədar əhalinin hüquq və vəzifələri” barədə çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, ekoloji-hüquqi biliklərin artırılmasının ətraf mühitin mühafizəsində oynadığı rolu yüksək qiymətləndiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM