9 May: Zəfərin, yaddaşın və məsuliyyətin günü - FOTOLAR

9 May: Zəfərin, yaddaşın və məsuliyyətin günü<font color=red> - FOTOLAR</font> 9 May: Zəfərin, yaddaşın və məsuliyyətin günü<font color=red> - FOTOLAR</font>

9 May sadəcə bir təqvim günü deyil. Bu tarix insanlığın ənqanlı savaşlarından biri olan İkinci Dünya Müharibəsinin başa çatdığı, faşizmin diz çökdüyü, azadlığın və ədalətinbəşəriyyətin iradəsi ilə qalib gəldiyi gündür. Bu tarix, insanın içindəki müqəddəs azadlıq ruhunun, haqq uğrunda savaşının simvoluna çevrilıb…

Bu qələbə təkcə güllə ilə, tankla, səngərlərdə qazanılmadı. Bu qələbə insanların ruhunda, inancında, əqidəsində, vətənəsonsuz sevgisində formalaşdı. Silahsız insanların səbrində, anaların göz yaşında, işıqsız gecələrdə zavodlarda işləyənfəhlələrin tər damlalarında, Bakı neftinin od kimi qaynayanmədənlərində bu qələbənin izi var. Və bu həm də susanların, amma heç vaxt sınmayanların qələbəsidir.

Azərbaycan: qələbənin görünməyən sütunlarından biri

İkinci Dünya Müharibəsi qlobal miqyasda gedən, milyonlarla insanın həyatına son qoyan və dünyanı bir dəfəlik dəyişdirənbir savaş idi. Azərbaycan isə bu müharibədə yalnız əsgərləriilə deyil, bütöv bir xalq olaraq iştirak etdı vi hər biri bir qəhrəman oldu, hər biri bir millətin adını şərəflə yaşatdı.General Həzi Aslanov kimi şəxsiyyətlər, iki dəfə Sovet İttifaqıQəhrəmanı adına layiq görülərək, xalqımızın rəşadətini bütün dünyanın gözləri önündə canlandırdı. Və onun kimi minlərləadsız qəhrəman öz adlarını torpağa, yaddaşımıza və tarixəyazdı.

Və Bakı…

Bakı təkcə neftin deyil, iradənin paytaxtı oldu, müharibəzamanı istifadə olunan yanacağın 70 faizindən çoxuAzərbaycanın payına düşürdü. Bakı nefti tanklara güc, təyyarələrə həyat, döyüş meydanına davamlılıq verdi. Bu görünməyən, amma dayaq olan, mühüm bir zəfər cəbhəsi idi.

Səssiz qışqırıq: anaların, bacıların, uşaqların savaşı

Bu müharibənin ən böyük qəhrəmanlarından biri dədanışmayan, amma hiss etdirənlərdir. Cəbhəyə oğlunu, həyatyoldaşını, atasını yola salan analar, bacılar, övladlar.

...onların yaşadığı ağrı heç bir rəsmi tarix kitabında yazılmadı, amma hər evin divarlarında, hər evin yuxusuz gecələrindəyaşadı.

Ön cəbhədə döyüşən əsgərlərlə yanaşı, arxa cəbhədəçalışan insanların da bu qələbədə əvəzsiz rolu olub. Arxacəbhə dedikdə, döyüş zonasından uzaqda qalan, amma müharibəni dəstəkləyən və qələbəyə töhfə verən əməkadamları, qadınlar nəzərdə tutulur. Müharibə illərində kişilərcəbhəyə getdikdən sonra arxa cəbhənin əsas yükü qadınların, uşaqların və yaşlı insanların üzərinə düşdü.

Onlardan biri də kişi qeyrətli qadın Güllübəyim nənə olub.

O, gərgin və ağır şəraitdə işləməklə yanaşı, öz müdrikliyi, zəhmətsevərliyi və vətənə sədaqəti ilə ətrafındakı insanlara nümunə idi. Güllübəyim nənə təkcə bir kəndin yox, bütün arxacəbhə qadınlarının simvoluna çevrilmişdi. Əkin sahələrindəgecə-gündüz çalışar, cəbhəyə ərzaq göndərər, yaralı əsgərlərəyardım edərdi. Onun yorulmaz əməyi və əzmkarlığı, qələbəyəinamı hər kəsə ruh verirdi. 

Güllübəyim nənə kimi qadınların susqun qəhrəmanlığı, səssizmübarizəsi tarix kitablarında yazılmasa da, bu xalqınyaddaşına əbədi həkk olunub.

Bir neçə ay bundan öncə bu gün təqdim etmək üçün müsahibə götürdüyümüz Güllübəyim nənə artıq bizim dünyamızda olmasa da, danışdığı qəhrəmanlıq səlnaməsihələ də qulaqlarımızda çınlayır:

“O illəri heç vaxt unuda bilmərəm. Kişilər bir-bir cəbhəyəyola düşəndə, kəndin yükü biz qadınların, qocalar vəuşaqların çiyinlərinə düşdü. Nə qədər ağır olsa da, heçbirimiz şikayət etmədik. Bilirdik ki, Vətən bizdən bunu istəyir, oğullarımızın arxasında möhkəm durmalıyıq. Torpağıbelimizlə, əlimizlə şumlayırdıq. Əkinə vaxtında başlamaq, məhsulu itkisiz yığmaq bizim üçün cəbhəyə güllə, çörək, ruh göndərmək demək idi. Gecələr yorğun düşsək də, səhəritəzədən ayaqda qarşılayırdıq. Əllərimiz çatlamışdı, barmaqlarımızdan qan axırdı, amma ürəyimizdə bir qorxu yoxidi. Vətən eşqi hər şeyə dəyərdi. Zavodlarda, emalatxanalardaçalışan bacılarımız da var idi. Onlar gecə-gündüz çalışaraqcəbhəyə lazım olan geyim, silah-sursat hazırlayırdılar. Əsgərməktublarını oxuyanda göz yaşımız sel kimi axırdı, amma o məktublar bizə güc verirdi. Deyirdik: "Əgər onlar orda döyüşürsə, biz burda duruş gətirməliyik." Qapımıza gələn həryaralıya ana kimi qulluq etdik. Mən özüm neçə-neçə gəncəsgərə qayğı göstərmişəm. Onların gözlərində həm ağrı, həmdə qürur vardı. Mənə "nə vaxt sağalsam, qayıdıbdöyüşəcəyəm" deyəndə, başımı yelləyib dua edərdim ki, sağ qalsınlar. Qələbə xəbəri gələndə kəndimizin başı göylərəçatdı. Həmin gün mən anamın ruhuna, itirdiyimiz igidlərə dua oxudum. Bilirdik ki, bu qələbənin hər bir daşında bizim də alın tərimiz, zəhmətimiz var. Öz qardaşım da şəhid düşdü, onun igidliyi, qəhrəmanlığı bizim üçün əbədi qürurmənbəyidir.Onun itkisi əlbətttə ağırdır, amma biz onun başladığı işi, əmanət qoyduğu vətəni göz bəbəyi kimi qoruyacağıq.”

“Mən Güllübəyimin, mənim anamın qızıyam.”       LalazərBağırova
Anam heç vaxt özünü qəhrəman saymadı. Amma mən uşaqvaxtından onun həyatını dinləyəndə başa düşürdüm ki, o qadınsadə bir kəndli yox, əsl vətən qəhrəmanı idi. O illərdə atam cəbhədə idi, əmilərim, dayılarım döyüşə getmişdi. Anam isəkənddə torpaqla, odla, aclıqla, yuxusuzluqla döyüşürdü. Öz əlləri ilə becərdiyi taxılı əsgərlərə göndərirdi, qanı axa-axa da olsa, belini yerə vurmazdı. “Əsgər ac qalmasın, soyuqdadonmasın” – deyə gecə-gündüz çalışardı. Anamın qardaşı da həmin döyüşlərdə şəhid oldu. Yadıma gəlir, anam qələbəxəbərini göz yaşları ilə qarşıladı. Bilirdim ki, sevinc göz yaşlarında, amma ürəyində əlimiz çatmayan adlar var... Qələbə sevincinə acı qarışmışdı, amma o bilirdi ki, bu torpaq, bu bayraq o şəhidlərin canı bahasına ucaldı. Anam hər il 9 Mayda medallarla təltif olunardı. Dövlət ona pul mükafatı da verərdi. Amma o heç vaxt bu mükafatlarla öyünməzdi. “Əsilqəhrəmanlar torpaq altında yatır,” – Lalazər, deyərdi. Sinəsindəki medalları göstərərək ; ”Bunlar mənim yox, sənindayınındır, dayının timsalında bütün şəhidlərindir, onların ruhudur.” İndi o, bu dünyada yoxdur. Amma onun izi həmzəhmət çəkdiyi torpaqda, həm də bizim yaddaşımızda yaşayır. Anam Güllübəyim təkcə bir ailənin yox, bir xalqın qüruru idi.

Tarixi yaşatmaq siyasi, mənəvi və vicdani məsuliyyətdir

Qələbə insanın zalıma boyun əyməməsinin, haqqın gec də olsa zəfər çalmasının simvoludur. Bu, xalqların birliyinin, ideoloji qaranlığa qarşı işığın qələbəsidir. Faşizm yalnız bir sistem deyil, o həm də nifrət, irqçilik, zorakılıq kimi bəşəriyyətidağıdan anlayışların adıdır. Ona qarşı qalxan hər bir xalq, əslində bəşəri dəyərləri müdafiə etmiş olur.

Qələbə yaşadıqca millət unudulmaz qalır

Qələbəni qeyd etmək  paradda iştirak etməkdən, nitqlərsöyləməkdən ibarət deyil. Bu, hər bir vətəndaşın qəlbində, düşüncəsində, ruhunda o şərəfli tarixi yaşatması ilə olur. Qələbəni yaşadan onu unutmayandır. Və biz unutmadıqca, xalq olaraq tarix qarşısında üzüağ, şəhidlərimizin qarşısındabaşıuca olarıq.

Qoy bu sükut içimizdə əbədi bir səslə yaşasın: Vətənseviləndə müqəddəs, qorunanda əbədi olur.

Səma Hüseynli

Naxçıvan televiziyasının redaktoru

 

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM